SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda keçirilən ictimai dinləmədəki çıxış
Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda keçirilən ictimai dinləmədəki çıxışımından: “Bütün bu qarabağ problemi, deportasiya problemi Ulu Öndərin Kremldəki vəzifəsindən haqsızca uzaqlaşdırılmasından sonra başladı. Çox təəssüf ki, o zaman meydanlarda danışan bəzi ziyalılar Ulu Öndərə bir mənalı dəstək göstərmədi. Bizim deportasiyamızı gözlədilər, 20 Yanvarı gözlədilər, Xocalını gözlədilər, Qarabağın itirlməsini gözlədilər, heç bir siyasi və dövlət idarəetməsi təcrübəsi olmayan bir qrup cinayətkarın hakimiyyətə gəlməsinə mane olmadılar, yalnız 1993-cü ildə qardaş qırğınından, hakimiyyətdə olan bir neçə dəyər alverçisinin, xəyənatkarın qaçmasından sonra tamamilə məhv olmamaqdan üçün Ulu Öndəri geri çağırdılar. Bu gün tarix bir daha göstərdi ki, biz ərazi bütövlüyümüzü də, milli şərəfimizi də əliyev irsinin rəhbərliyi ilə bərpa etdik və biz bilirik ki, qərbi azərbaycana da əliyev irsinin rəhbərliyi ilə qayıdacağıq. Əliyev irsi əsasında formalaşan dövlət kimliyi bizim müstəqilliyimizin və rifahımızın qarantorudur.”