SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"ASAN Xidmət"-in 10 illiyinə həsr edilmiş konfrans keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərdiyi gündən cəmiyyətdə çox böyük rəğbət qazanıb, nəinki dövlət xidmətləri sahəsində hətta özəl sektor tərəfindən göstərilən xidmətlər sahəsində inqilabi dəyişikliklərə səbəb olub. Vətəndaşlara göstərilən xidmətlər üzrə keyfiyyət və məmnuniyyət meyarına çevrilib.
Mənim özümün də ilk dövlət qulluğu fəaliyyətim "ASAN xidmət"-dən başlayıb, "ASAN xidmət"-də vətəndaşlara göstərilən xidmət sahəsində rəhbər tutulan prinsipləri bu gün də öz fəaliyyətimdə tətbiq etməyə çalışıram. Bu prinsiplər sadəcə həyata tərzinə çevrilib. Mən əminəm ki, bu tək məndə belə deyil, "ASAN Xidmət" mərkəzlərində könüllü olmuş və ya çalışmış bütün şəxslərin həyat tərzinə və fəaliyyətinin əsas prinsipinə çevrilib.
Bu gün "ASAN Xidmət"-in 10 illiyinə həsr edilmiş konfransda keçmiş həmkarlarımı, o cümlədən hazırda müxtəlif dövlət və özəl sektorda çalışan dostlarımızla danışanda bir daha əmin oldum ki, "ASAN xidmət" konspesiyaı təkcə dövlət xidmətləri sahəsində deyil, həm də insanların təffəküründə böyük müsbət dəyişikliyə səbəb olub.
“ASAN xidmət”in 10 illiyinə həsr olunmuş Forumun məqsədi isə dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinə əsaslanaraq, bu sahədəki yeniliklərə töhfə vermək, eləcə də dövlət xidmətləri sahəsində yeni texnologiyaların tətbiqi ilə əlaqədar müzakirələr aparmaqdır.Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq iştirak edir.
Oxşar xəbərlər
20.06.2024