MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA


Kamal Cəfərov
Kamal Xaqani oğlu Cəfərov

Kamal Xaqani oğlu Cəfərov

Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub.Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib.

K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını uğurla keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib.

2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib. 2014–2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi və Komissiya yanında Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun katibi, 2016–2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb.

2015–2020-ci illərdə Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində "Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə" layihəsinin Milli koordinatoru olub. 2017–2020-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edir. K.Cəfərov QREKO tərəfindən ölkəmizə verilən tövsiyələrin icrası, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak etmiş, eyni zamanda bir sıra ölkələrin qiymətləndirmələrində iştirak etmişdir.

K.Cəfərov 2016–2020-ci illərdə "Açıq Hökumət Tərəfdaşlığı" beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru olub. Birləşmiş Millətlər TəşkilatıK.Cəfərov 2015–2020-ci illərdə BMT-nin "Korrupsiya əleyhinə Konvesiyası"nın icrası üzrə Milli əlaqələndiricisi olub. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının ölkəmiz tərəfindən 2-ci monitorinq mərəhələsi üzrə implementasiyası və onun dəyərləndirilməsi prosesinə rəhbərlik edib.

2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Kamal Cəfərov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputat seçilib. K.Cəfərov Milli Məclisdə iki komitənin üzvüdür: Hüquq siyasəti və dövlət quruculuğu komitəsi; Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi. K.Cəfərov Milli Məclisin İntizam Komissiyasının fəaliyyətini gücləndirmək üçün yaradılan İşçi Qrupun rəhbəridir.

Kamal Cəfərov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin müavini və AŞPA-da İnsan hüquqları üzrə Alt-Komitənin sədridir.

K.Cəfərov Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir