MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Yeni Nəsil 2.0" layihəsinin açılış mərasimi keçirildi

17:21 04.03.2021



Həmkarım Ramin Məmmədov, Sabirabad rayon icra hakimiyyətinin rəhbərliyi və gənclər idarəsinin rəisi Nadir Quliyevlə birgə Sabirabadda "Yeni Nəsil 2.0" layihəsinin açılıında iştirak etdik.
Layihənin məqsədi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, “HoReCa” (Otel, restoran, keterinq), kənd təsərrüfatı, innovasiya-startap və rəqəmsallaşma layihənin əsas istiqamətlərini təşkil edir.
Bu il həmkarım Şahin Seyidzadə və Coca Cola şirkətinin nümayəndəsi Elşad Fərzəliyevin dəstəyi ilə Sabirabad gəncləri də bu layihəyə müraciət edə bilər.
Əziz Sabirabad gəncləri sahibkarlıq təhsili almaq, gənc sahibkarlardan biri olmaq, investisiya imkanı əldə edərək ideyanı reallaşdırmaq istəyirsinizə, elə indi qeydiyyatdan keçin və “bacaran”lardan biri olun!