MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

2024-cü il yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

20:39 09.01.2024



 
2024-cü il yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.
 
İclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd kimi qeydə alınmasına qərar verilib.
 
Eyni zamanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə seçki dairələrinin siyahısının təsdiq edilməsi məsələsinə də baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.
 
Komissiyanın iclasında, habelə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik olunub.