MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası

16:18 10.03.2020



Bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etdi və deputatlara fəaliyyətində uğurlar arzu etdi. Cənab Prezident eyni zamanda tövsiyələrini bildirdi və qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar.

Söz verdiyim kimi, hər həftənin 1-ci günü Sabirabadda olacam, vətəndaşlarımızı narahat edən məsələləri dinləyib, həllinə nail olmağa çalışacam. Bununla əlaqədar olaraq, deputat kimi ilk görüşümüz gələn həftənin 1-ci günü (16 mart tarixində) saat 11:00-də Yeni Azərbaycan Partiyasının Sabirabad rayonundakı qərargahında olacaq.