MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

8 Mart bayramını şəhid anaları ilə Şuşada qeyd etdik

10:53 07.03.2022



8 mart münasibətilə Sabirabaddan olan şəhid anaları və xanımları ilə #yolumuzqarabağa ilə Şuşaya səfər etdik və bayramı Şuşada qeyd etdik. Mən özüm heç vaxt nə Qarabağda nə də Şuşada olmuşam. İlk dəfə şəhid anaları və xanımları ilə getdim.

Qarabağa ilk girişdən sonra hər bir şəhid anasında və xanımında qəribə bir narahatlıq hissi var idi, çünki yol boyu minalanmış ərazini, çətinlikləri görəndə, sanki elə hiss edirdilər ki, özləri bu dəqiqə həmin ərazidən keçirirlər. Savaşa hazırlaşırlar. Şuşanın qapısından keçəndən sonra hər birinin gözləri nəmli idi. Çünki onlar da hiss edirdilər ki, övladları necə qəhrəmanlıq göstərib. Şuşaya ilk ayaq basanda, avtobusdan enəndə isə hər biri məğrur idi, hiss edirdim ki gözəl hislər keçirirlər.
Şuşada isə hər kəs biləndə ki, şəhid analarıdır, xanımlarıdır, hər kəs təşəkkür etdi onlara, nəsə xoş bir şey etmək üçün səfərbər oldular. Səfərimiz isə çox xoş keçdi, Şuşanın havasını udduq, Vaqifin büstünü, Natəvanın bulağını ziyarət etdik, suyundan içdik, çörəyindən yedik. Xoş təəsüratlarla Şuşanı növbəti səfər üçün tərk etdik. Əziz şəhid anaları və xanımları, sizlərin qarşısında baş əyirik, sizlər başda olmaqla bütün xanımlarımızı təbrik edirik.
Əziz dostlar, indiki geosiyasiyasi vəziyyəti və reallığı görürsünüz. Çox yox iki il bundan qabaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Qarabağı işğaldan azad etdi. Düşünürəm ki, bu zəfərə görə tarix və gələcək nəsillər həm Prezident İlham Əliyevə həm də mərd oğullarımıza daim minnətdar olacaqlar. Şəhidlərimizin xatirəsini həmişə əziz tutacaqlar və onların ailə üzvlərinə həmişə yüksək diqqət göstərəcəklər.