SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
ABŞ Konqres üzvlərinə rəsmi müraciətlər ünvanlandı
Bildiyiniz kimi, ermənilərin dəstəyi ilə ABŞ Konqresinin Kaliforniyadan olan üzvü Jackie Speier Beynəlxalq əlaqələr komitəsində müzakirə olunması üçün 1165 nömrəli qətnamə layihəsini təqdim etmişdi. Qətnamə layihəsi birmənalı olaraq heç bir beynəlxalq hüquqa və siyasi məntiqə uyğun deyil və orada göstərilən bütün iddialar tabloid mediada dərc olunan məlumatlar əsasında hazırlanıb.
Bununla əlaqədar olaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin provokasiyaları nəticəsində baş verən hadisələr barədə beynəlxalq hüquqa uyğun, obyektiv məlumatlar əsasında müraciət hazırlayıb, layihəyə dəstək verən 56 ABŞ Konqres üzvünə və layihənin müzakirə edilməsi nəzərdə tutulan Beynəlxalq əlaqələr komitəsinin 47 üzvünə rəsmi müraciətlər ünvanladıq.
Məruzə etmək istəyirəm ki, ABŞ Konqresinin 15 üzvü müraciətimizə cavab verib. Cavabları ümumiləşdirdim.
Birincisi aydın olur ki, ABŞ Konqresinin bəzi üzvləri bu məsələ ilə bağlı beynəlxalq hüququ nəzərə almadan erməni lobbisinin təsiri altında fəaliyyət göstərirlər.
İkinicisi, ABŞ Konqresinin bəzi üzvləri ABŞ-ın ATƏT Minsk Qrupunun üzvü kimi bu məsələnin həllində aktiv iştirak etməməsindən, o cümlədən Rusiya və Türkiyənin aktiv rolundan narahatdırlar.
Üçüncüsü, bəzi konqresmenlər də azərbaycanlılar və ermənilər arasında uzunmüddətli sülhün və dialoqun olmasının tərəfdarıdır.
Nəticə isə ondan ibarətdir ki, layihənin taleyi məlum deyil. ABŞ Konqresinin internet səhifəsində görünür ki, layihə baxılması üçün cari ilin 9 oktybar tarixində Beynəlxalq əlaqələr komitəsinin alt-komitəsinə göndərilib.
Şəxsi düşüncəm ondan ibarətdir ki, ABŞ Konqresində və digər ölkələrin parlamentlərində baxılan və qəbul edilən qətnamələr də məhz Türkiyə və Rusiyanın bu məsələnin həllindəki aktiv diplomatik fəaliyyətə etirazdır. Həmin ölkələrin bu münaqişənin həllindən kənarda qalmasına etirazdır.
Fransa parlamentinin məlum qətnaməsi bunun ən radikal nümunəsidir. Həmin qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki Fransa Hökuməti rəsmi və ən yüksək səviyyədə Azərbaycanın beynəlxalq səviyyədə ərazi bütövlüyünü tanıdığını bir daha ifadə edib.
Daha sonra Belçika Parlamentində oxşar cəhdlər oldu. Lakin fransa modeli iflasa uğradı. Çünki Belçika Federal Parlamentində də Dağlıq Qarabağda vaxtilə mövcud olmuş qeyri-qanuni rejimin tanınması ilə bağlı təkliflər olsa da, rədd edildi. BMT-nin Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi daxil edildi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi Belçika Parlamentinin qəbul edilən qətnaməsində də təsbit olundu. Yekunda daha neytral, uzunmüddətli sülhə hədəfləyən qətnamə qəbul olundu.
Dağlıq Qarabağla bağlı qətnamələr qəbul edilən ölkələrin əsas məqsədi Ermənistana dəstək vermək deyil, Rusiya və Türkiyənin aktiv roluna etirazdır.
Ümumi nəticə isə ondan ibarətdir ki, tarixi ədalət uğrunda mübarizə böyük dövlətlərin parlamentində deyil, Dağlıq-Qarabağda getdi və biz bu tarixi qələbəni Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin güclü qətiyyəti və rəhbərliyi ilə güclü ordumuz və cəsur əsgərlərimiz öz canları bahasına qazandı.