SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Anar Bağırov növbəti 5 illik müddətə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsinə seçilldi
Hörmətli Anar Bağırovu növbəti 5 illik müddətə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə səmimi-qəlbdən təbrik edir, ona və yeni formalaşan Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyasına uğurlar arzulayıram.
İnsan hüquq və azadlıqlarını, onların müdafiəsini isə vəkillik institutu olmadan təsəvvür etmək olmaz. Cənab Prezidentin 22 fevral 2018-ci il tarixli Sərəncamında da qeyd olunduğu kimi insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Anar Bağırov Kollegiyaya sədr seçildiyi 2017-ci ildən vəkillik təsisatında, vəkillik institutunda köklü islahatlar aparmışdır. Təkcə vəkillərin sayının 2 dəfədən çox artması, Kollegiyanın dünyanın ən nüfuzlu hüquq birliklərindən biri olan CCBE-yə üzv qəbul olunması bunların bariz nümunəsidir.
Qeyd etmək istərdim ki, başda Anar müəllim olmaqla Vəkillər Kollegiyası bizim bir sıra təşəbbüslərimizi, layihələrimizi dəstəkləmişdir. Belə ki, Vəkillər Kollegiyasının dəstəyi ilə DİA-da Hüquq Kitabxanası yaradılımışdır.
Təşəbbüsümüz və Kollegiyanın dəstəyi ilə pandemiya dövründə və post-pandemiya dövlərində Sabiradabda sabirabadlılar üçün dəfələrlə ödənişsiz hüquqi yardım aksiyaları keçirilmişdir.
Hörmətli Anar müəllim, Sizi bir daha yenidən Vəkillər Kollegiyasına sədr seçilməniz münasibətilə təbrik edir, Sizə və simanızda bütün Kollegiyaya yeni nailiyyətlər arzulayıram.
Oxşar xəbərlər
20.06.2024