SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Zəfər Muzeyinin əsas girişində yaradılacaq “Dəmir yumruq” simvolunun üzərində Qələbənin tarixi qeyd ediləcək. “Dəmir yumruq” Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzi olacaq. Muzeyin divarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin adları həkk ediləcək.
Parka doğru keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə iki güclü əlaməti - Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Oxşar xəbərlər
20.06.2024