MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-da “Avropada milli azlıqların qorunması” adlı məruzənin müzakirələri zamanı çıxışım

21:13 20.04.2021



AŞPA-da “Avropada milli azlıqların qorunması” adlı məruzənin müzakirələri zamanı çıxışımdan hissələr:
Erməni deputat burada söylədi ki, mina xəritəsini verməyə hazırdırlar, ancaq guya Azərbaycan istəmir. Mən isə indi buradan tələb edirəm, azad etdiyimiz ərazilərin mina xəritəsini verin.
Azərbaycan multikultural ölkədir. Multikulturalizm ölkəmizdə həyat tərzidir. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri birgə mehriban yaşayıblar. Müxtəlif etnik qrupları təmsil edən insanlar birgə yaşayıb yaradıblar.
Hətta bu gün Azərbaycanda 30 min erməni yaşayır, halbuki Ermənistanda bir nəfər də olsa, azərbaycanlı yoxdur. Monoetnik ölkə olmaq Ermənistanın siyasətidir. Ancaq onlar post-konflikt əməkdaşlığının qurulmasına və barışıq səylərinə xələl yetirməməlidirlər.
Azərbaycan 2008-ci ildə yeni prosesin təşəbbüsçüsü oldu. Ölkəmiz Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini bir araya gətirərək, mədəniyyətlərarası dialoqun inkişafı və təşviqi məqsədilə “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü. On ildən çox müddətdə mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində Beynəlxalq Forum keçirildi. Bu, ölkəmizin multikulturalizmə verdiyi önəmi əks etdirir.