SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
AŞPA-da sərbəst müzakirələr zamanı erməni deputata cavab
AŞPA-da sərbəst müzakirələr zamanı erməni deputata cavabım:
Tək bir videoya baxmaqla, nəyinsə cinayət olub-olmadığı nəticəsinə gəlmək olarsa, onda ittiham və məhkəmə nəyə lazımdır?
Videoda çox şey görə bilərsiniz, ancaq görüntü və fakt eyni şey deyil. Bəs videodakı fakt nədir? Bu çox həssas məsələdir, hansı ki siyasətçilər deyil, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Hüquqi baxımdan iddia edilən cinayətin bütün faktları müəyyən edilməlidir. İddia edilən cinayətin maddi və mənəvi elementləri sübut olunmalıdır.
Azərbaycan Hərbi Prokurorluğu iddia edilən cinayətlə bağlı cinayət işinin başlayıb və bunu Azərbaycanın məhz beynəlxalq humanitar hüquqa sıx bağlılığına görə edib.
Ancaq Ermənistan tərəfindən onların hərbiçilərinin bizim həlak olmuş əsgərlərimizə qarşı etdikləri qeyri-insani və alçaldıcı davranışı əks etdirən videolarla bağlı heç nə eşitmədik.
Yalnız onu eşitdik ki, Ermənistan hüquq mühafizə orqanları bizim azad etdiyimiz ermənilərə qarşı cinayət işi açırlar. Erməni deputatlar bura gəlir, saxlanılan erməni cinayətkarların azad olunması ilə bağlı çağırış edirlər. Ancaq biz onları azad edən kimi, öz ölkələrində onlara qarşı cinayət işi açırlar. İndi saxlanılan erməni cinayətkarla Ermənistana deyil, hansısa üçüncü ölkəyə getmək istəyirlər. Bu ikiüzlülüyün ən bariz nümunəsidir ki, o da buradakı bəzi deputatların içində dərin kök saldığı aydın görünür.
Hər kəs bilsin ki, Xocalıda baş verənləri unutmaqdıq və unutmayacağıq. Erməni silahlı qüvvələri bir gecədə 613 mülki əhalini qəddarlıqla qətlə yetiriblər.
Birinci Qarabağ müharibəsindən sonra, dörd min Azərbaycanlı hələ də itkindir.
Ermənistanın hərbi-siyasi rəhbərliyindən tələb edirəm ki, kütləvi məzarlıqların yerini bizə təqdim etsinlər.
İki həftə bundan əvvəl, işgəncə verilmiş və öldürülmüş Azərbaycan hərbiçilərin kütləvi məzarlığı Edilli kəndində tapılıb. Edilli kəndi Ermənistan hərbiçiləri tərəfindən Azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib.
2020-ci ilin noyabr ayından bu günə qədər, Ermənistan tərəfindən bizim ərazimizdə basdırılan minalara görə 250-dən çox insan ölüb və ya ağır yaralanıb.