MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-nın 27 sentyabr tarixli iclasına dair nəticələr

20:37 27.09.2021



AŞPA 27 sentyabr- Anım günündə “Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” ilə bağlı məruzəni gündəliyə daxil etdi. Eyni zamanda Büro və Daimi komitələrinin hesabatlarında Ermənistanda növbədənkənar seçkilərlə bağlı məsələ də müzakirə olundu. Hər iki mövzu üzrə buradakı partiya mənsubiyyəti və ölkə nəzərə alınmaqla 12-ci sırada çıxış etməli idim. Lakin hər iki mövzuda çıxışlar 7 və 8-ci sıralarda dayandırıldı.
Buna baxmayaraq, nümayəndə heyətimizin rəhbəri Səməd müəllim hər iki mövzuda çıxış edərək ölkəmizin mövqeyini kifayət qədər aydın və sərt formada ifadə etdi. Mən də öz mövqeyimi yazılı formada AŞPA-ya təqdim etdim, hesabatlarda öz əksini tapacaq.
Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məruzə isə indicə qəbul olundu, bir çox məqamlar var. Ona görə də o məruzəni ayrı paylaşımda ətraflı şərh edəcəyəm.
Bununla yanaşı bu gün partiya adından AŞPA üzvlərinin immunitetləri ilə bağlı bələdçi qaydalarla bağlı çıxış etdim. 4-cü gün isə məruzəçisi olduğum Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcəyəm.
Vətən uğrunda şəhid olanların əziz xatirəsini böyük hörmət və ehtiramla anırıq! Onların ailələrinə və qazilərimizə ömür boyu borcluyuq!