SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
AŞPA-nın Daimi Komitəsinin iclasında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirildi
Avropa Şurasının Parlament Assambleyasının Daimi Komitəsinin iclası az öncə bitdi. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirildi. Mən də çıxış etdim. Çıxış üçün 2 dəqiqə vaxt verilmişdi. Ona görə də Səməd müəllimin rəhbərliyi ilə hər birimiz müəyyən istiqamətlər üzrə çıxış etdik və hesab edirəm ki, nümayəndə heyətinin çıxışları ümumilikdə uğurlu oldu.
Çıxışımın əsas məzmunu:
Cəbhədə baş verənlərin əsas səbəbi Paşinyanın rəhbərliyi altında Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatları olub. Paşinyan deyəndəki “Qarabağ Ermənistandır” yalan deyir, çünki dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır.
Bu təxribatların səbəbləri isə Ermənistan daxilində baş verən siyasi gərginlik, təzyiqlər, sosial-iqtisadi vəziyyətin pis olması ilə əlaqədar olub. Ermənistan yeganə ölkədir ki, 2 keçmiş prezident haqqında cinayət işi başlanılıb və ana müxalifət partiyasının lideri 2 həftə əvvəl həbs edilib.
Qeyd etdim ki, Azərbaycanda 30 min erməni yaşayır, ancaq Ermənistanda bir dənə də Azərbaycanlı yaşamır. Azərbaycan sülhsevər və multikultural ölkədir. 30 il sülh danışıqlarına səbrlə gözləməyimiz bunun bariz nümunəsidir. Lakin daha 30 il gözləməyə niyyətimiz yoxdur. Erməni işğalına son qoyulmalıdır, beynəlxalq təşkilatlar vaxtında Ermənistanın hərbi və siyasi təxribatlarına vaxtında qiymət verməli idi.
Eyni zamanda, Fransa Prezidenti Makronun cəbhədə 3-cü tərəflərin iştirakı ilə bağlı ittihamlarının saxta olduğunu qeyd etdim. Bildirdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Makrona çağırış edib ki, sübutun varsa, dünya ilə paylaş. Lakin Makrondan səs çıxmadı. Əgər Makron erməniləri bu qədər sevirsə, Marsel şəhərini ermənilərə versin, ermənilər yeni dövlətlərini orda qursunlar.