MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-nın Hüquq Komitəsinin iclasında Azərbaycana qarşı yönəldilmiş qətnamə təşəbbüsü bu gün rəsmən bitdi

19:58 04.04.2022



Bu gün AŞPA-nın Hüquq Komitəsinin iclası keçirildi. İclasda müzəffər Azərbaycan ordusunun nüfuzdan salınmasına hesablanmış qətnamə təşəbbüsü bu gün rəsmən bitdi.


Komitə qərar verdi ki, bu cür iddialar tək Azərbaycana münasibətdə deyil bütün Avropa Şurasına üzv olan bütün dövlətlərə münasibətdə baxılmalıdır. Buna görə də "Avropa Şurasına üzv dövlətlərdə həbs yerlərində sistematik işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza iddiaları" bağlı qətnamə təşəbbüsü qəbul edildi və yalnız Azərbaycanla bağlı irəli sürülmüş qətnamə təşəbbüsü bundan əvvəl etdiyim qətnaməyə birləşdirildi.


Əslində heç bir dövlət heç bir cinayətdən sığorta olunmayıb. Mühüm olan həmin cinayətin düzgün araşdırılması və ədalətli hüquqi qiymətin verilməsidir. Bəzi şəxslər bu məsələni siyasiləşdirmək istəyirdi. Ən azından AŞPA-da həmyerlilərimiz bu cəhdi etdilər, imzalar yığdılar. Komitə iclaslarında dəfələrlə bu mövzunun bu formada qoyulmasının əleyhinə çıxış etdik. Nəticədə bu təxribat alınmadı.
İclas zamanı növbəti təxribata erməni deputat Vandaryan cəhd etdi. O, sonuncu qətnamənin adında Azərbaycanın adının xüsusi qeyd edilməsini təklif etsə də, Komitə bu təklifi də qəbul etmədi.
İclasın sonunda erməni deputat Vandaryan mövzudan kənar olaraq Fərrux kəndi və Xankəndi şəhərindəki qaz məsələsi ilə bağlı çıxış etməyə cəhd etsə də, ona çıxış etməyə imkan vermədilər.
Çünki hər çıxışın və hər mövzünun öz yeri var. AŞPA-nın aprel ayında keçiriləcək plenar iclasında bu mövzunu da müzakirə edəcəyik, cavabımızı da verəcəyik!