SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
AŞPA-nın Hüquq Komitəsinin Parisdə keçirilən iclasında məruzəçisi olduğum qətnamə layihəsi ilə bağlı dinləmə keçirildi
AŞPA-nın Hüquq Komitəsinin Parisdə keçirilən iclasında məruzçisi olduğum "Böyük Britaniyanın insan hüquqları üzrə qanunvericiliyində islahatlar: insan hüquqlarının müdafiəsi üçün dövlətdaxili və Avropa nəticələri" üzrə qətnamə layihəsi ilə bağlı dinləmə keçirildi.
Dinləmədə mənim təşəbbüsüm və Komitəmizin dəvəti ilə Böyük Brintaniya Parlamentinin İnsan hüquqları üzrə Komitəsinin sədri xanım Joanna Şeri, Komitənin üzvləri cənab David Simmons, xanım Bel Addi, Lord Dubs, Lords Henley və Baroness Ludford iştirak edirdilər.
AŞPA-nın Hüquq Komitəsi və Böyük Britaniya Parlamentinin İnsan hüquqları Komitəsinin üzvləri fikir mübadiləsi apardılar və sual-cavab sessiyası həyata keçirildi. AŞPA-nın Hüquq Komitəsi məsələnin həssaslığını və əhəmiyyətini nəzərə alınaraq qərara aldı ki, növbəti aylarda London şəhərinə səfər edim və qanun layihəsinin təşəbbüskarı olan İngiltərə Hökumətinin aidiyyəti vəzifəli şəxsləri ilə görüşlər keçirdim.
Əldə edilən bütün nəticələri və araşdırmaları qətnamə layihəsinə daxil edəcəyəm və AŞPA-nın komitə və plenar iclaslarında deputatların müzakirəsinə təqdim edəcəyəm.
Qətnamə layihəsi və onun əsas elementləri barədə geniş məqalə hazırlayıb, sizlərin də diqqətinizə çatdıracağam.