SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
AŞPA-nın plenar iclasında "Azərbaycan - Ermənistan arasındakı hərbi toqquşma, o cümlədən yaşayış yerlərinə və mülki infrastruktura zərbə" adlı müzakirə keçirildi
Bu gün AŞPA-nın plenar iclasında "Azərbaycan - Ermənistan arasındakı hərbi toqquşma, o cümlədən yaşayış yerlərinə və mülki infrastruktura zərbə" adlı müzakirə keçirildi.
Bu müzakirənin təşəbbüskarı Ermənistan tərəfi idi. Birincisi müzakirə mövzusunun adını dəyişdirməyə çalışdılar. Başlıqda "o cümlədən" sözündən sonra "Ermənistan" sözünü əlavə etməyə çalışdılar. Ancaq nümayəndə heyətimiz bunun qarşısını aldı.
İkincisi AŞPA-da iki cür müzakirə formatı olur; cari müzakirə və ya təcili müzakirə. Təcili müzakirə olanda, müzakirədən dərhal sonra məruzə hazırlanır və elı bir həftə içində AŞPA tərəfindən qəbul edilir. Ermənistan tərəfi cəhd etdi ki, müzakirənin formatı dəyişərək təcili olsun. Bunun da qarşısı alındı.
Cari müzakirələr zamanı Ermənistan tərəfinin ritorikası və çıxışı sülh prosesinə uyğun deyildi. Onları dəstəkləyən Fransa deputatların çıxışları beynelxalq hüquqa zidd idi. Neytral çıxışlar da oldu. Ancaq olmasa da fərqi yox idi.
Bizim tərəfdən bütün nümayəndə heyəti çıxışa yazılmışdı, ancaq yalnız Səməd müəllim və Rafael müəllim çıxış edə bildilər. Ermənistan nümayəndə heyətinin cavabı artıqlaması ilə verildi.
Müzakirənin əsas mövzusu iddia edilən müharibə cinayətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videolar və 12-13 sentyabrda baş verən erməni təxribatının nəticələri ilə bağlı idi.