SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
AŞPA-nın plenar iclasında Fransa sərt tənqid edildi
Dünən AŞPA-nın plenar iclasında mövzulardan biri də Fransanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı idi. Çıxış edən deputatların əksəriyyəti - 6 nəfər fransız idi. Əslində bu da çox təəccüblüdür. Digər tərəfdən çıxış edən digər 2 şəxs erməni, 1-i alman idi. Çıxış edənlərin əksəriyyəti Fransanı Avropanın insan hüquqları üzrə ən böyük müdafiəçisi elan etdilər.
Mən də fransız deputatlar rahat başa düşsünlər deyə fransız dilində çıxış etdim. Fransada kütləvi nümayişlər zamanı təhlükəli silahlardan istifadənin ağır xəsarətlərə və ölümlərə səbəb olduğunu bildirdim. Bir neçə ay bundan əvvəl Əlcəzir əsilli gəncin polis tərəfindən yoxlanış zamanı öldürüldüyünü dedim. Fransanın Afrikada yürütdüyü neokolonialist siyasətindən danışdım. Nigerdə, Malidə və Burkino Fasoda pozulan insan hüquqlarından, azyaşlı uşaqların əməyinin istismarından danışdım.
Bildirdim ki, Fransa, Avropa Şurasının təsisçi dövlətlərindən biri kimi, insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı öhdəliklərinə əməl etməyib.