MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-nın yay sessiyasında media azadlığı, informasiya əldə etmək hüququ və ictimai etibar mövzusunda çıxış

11:02 22.06.2021



Bu günə qədər AŞPA-da bütün çıxışlarım Qarabağla bağlı olub. Bu gün ilk dəfə media azadlığı, informasiya əldə etmək hüququ və ictimai etibar mövzusunda çıxış etdim.
K.Cəfərov qeyd edib ki, Kantın əxlaq fəlsəfəsinə əsasən, rasional və düşünmək bacarığı olduğu üçün hər bir insan hörmətə layiqdir. Kant bildirir ki, bazar azadlığı və istehlakçı seçimi ilə bağlı əsl azadlıqlar mövcud deyil, çünki bizlər ilk növbədə özümüzün seçmədiyi istəkləri təmin edirik. İcazə verin, bu məsələni bir az da geniş izah edim.
Biz istəkərimizi təmin etmək istədikdə və ya hər hansı bir ağrı və ya əzabın qarşısını almaq istədikdə, həqiqətən sərbəst davranmırıq. Misal üçün mən espresso içməyi xoşlayıram. Amma ilk növbədə espresso içmək istəyini özüm seçməmişəm. Nə vaxt ki, mənim davranışım bioloji təyin edilir və ya sosial olaraq şərtləndirilirsə, o zaman mənim davranışım da azad ola bilməz.
Əgər demokratiya şüurlu seçim etmək imkanı olmadan mövcud ola bilmirsə, onda biz sosial mediadakı seçimlərimizdə həqiqətən azadıq? Sosial media istifadəçiləri öz fikirlərini ifadə etmək üçün daha böyük imkanlara malik olsa da, daha az azadlığa sahibdirlər, çünki müəyyən zorakılığa məruz qalacağı qorxuları var. Onların seçimləri və qərarları sosial media istifadəçilərinin ümumi razılaşdırılmış baxışı əsasında formalaşır. Bu məsələyə sosial və dini kontekst əlavə edilsə, müzakirə üçün daha mürəkkəb məsələmiz olacaq.
K. Cəfərov bildirib ki, artıq ənənəvi media yerini sosial mediaya verib və indi ictimai gündəmi insanlar müəyyən edirlər. Bunun özünəməxsus üstünlükləri və mənfi cəhətləri var. Üstünlükləri aydındır.
Mənfiləri isə demokratik dəyərlərimizə və demokratik qurumlarımızın işinə də meydan oxuyan məsələlərdir. Saxta və yalan məlumatlar artıq ictimai məkanı zəbt edib. Həmçinin bu, hətta doğru olmasa da, insanların sensasiyalı xəbərlərə inanmağa meylli olduqlarını göstərir. İctimai inamsızlığı isə bu cür məlumatlar yaradır.
K. Cəfərov müzakirə olunan hesabata toxunaraq qeyd edib ki, bu hesabatın yalnız “ənənəvi” mediaya və onun azadlığına, eləcə də insanların məlumat əldə etmək hüququna diqqət yetirdiyini nəzərə alsaq, bu dəqiq və müasir çağırışlara uyğun nəticələrə gətirib çıxara bilməyəcək, çünki biz artıq ənənəvi dünyada yaşamırıq.