MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA yaz sessiyasında erməni deputatların sayğısız və əsassız ittihamlarına cavab

23:59 19.04.2021



AŞPA yaz sessiyasında Büro və Daimi Komitənin inkişaf hesabatına dair müzakirələrdə iştirak edərək erməni deputatların sayğısız və əsassız ittihamlarına cavab verdim. Çıxışımdan əsas başlıqlar:
- Üçtərəfli bəyanatın imzalanmasından sonra azad edilmiş ərazilərdə erməni minaları 20 azərbaycanlı mülki şəxsin ölümünə səbəb olub. Bu Ermənistan tərəfindən törədilmiş növbəti hərbi cinayətdir. Məhz bu Parlament Assambleyası Ermənistanı siyasi cəhətdən mina xəritələrini təhvil verməyə məcbur edə bilmədi.
- Marukyanın sayğısız ittihamları dinlədikdən sonra görürəm ki, o Prezident Əliyevin yaratdığı yeni reallığın şərtlərini qəbul etməkdə çətinlik çəkir, bu reallığa hazır olmadığını göstərir. Çünki onların beyni yuyulub, özlərinin yaratdıqları saxta tarixə inanıblar. Buna görə də bu travmaya görə elə özləri məsuliyyət daşıyırlar.
- Bizə qarşı edilən cinayətləri heç vaxt unutmayacağıq, ancaq həm də gələcəyə baxmalıyıq. Sülhün əldə olunacağına inanırıq. Sülhün mütləq və sonsuz konsepsiyasından bəhs etmirik. Daha praktik və əldə edilə bilən sülhdən bəhs edirik. Əlbəttə, ailələrdə və qonşularda olduğu kimi qarşıdurmalar və ya mübahisələr olacaqdır. Qonşunuzu sevməyə bilərsiniz, lakin onunla qarşılıqlı tolerantlıq mühitində yaşaya bilərsiniz.
- Buradan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi, Xankəndi, Ağdərə və Xocalıda yaşayan erməni mənşəli sakinlərə müraciət edərək deyirəm: sizi öz vətəndaşlarımız hesab edirik. Onların reinteqrasiyası zaman məsələsidir və qaçılmazdır. Buna nail olunacaq. Buna əminəm, çünki qonşuları ilə yaxşı münasibət qurmağın bəhrəsini görəcəklər