SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin videokonfrans formatında 16-cı Büro iclası keçirilib
Dekabrın 16-da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin videokonfrans formatında 16-cı Büro iclası keçirilib. İclas Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Marina Kalyurand və Cavanşir Feyziyevin giriş nitqləri ilə başlayıb.
İclasda “2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatdan keçən bir il sonra regional təhlükəsizlik” mövzusunda deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Razi Nurullayev, Elman Nəsirov və Şahin Seyidzadə, “İqtisadi və enerji əməkdaşlığı” mövzusunda deputatlar Azər Kərimli və Emin Hacıyev, “İnsan hüquqları, demokratiya və qanunun aliliyi” mövzusunda deputatlar Kamal Cəfərov və Sevil Mikayılova çıxış ediblər.
Çıxışçılar bölgədəki vəziyyətlə bağlı Avropa Parlamentinin üzvlərinə məlumat veriblər, Avropa Parlamentində Azərbaycanla bağlı səslənən fikirlərə aydınlıq gətiriblər.
İclasda post-müharibə dövründə regionda cərəyan edən hadisələr ətraflı müzakirə edilib, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçirilən görüşün nəticələrinin regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.