SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Axısxa və Kovlar kəndlərinin sakinləri ilə görüş keçirildi
Hörmətli Sabirabadlılar,
Növbəti görüşümüz Axısxa və Kovlar kəndlərinin sakinləri ilə oldu. Görüşdə internet problemi, Qəzli və ya Axısxada kəndində təcili tibbi yardım stansiyasının və ya növbətçi həkimin fəaliyyətinin təmin edilməsi, icra nümayəndəliyin ərazisində yanğından mühafizə stansiyasının tikilməsi məsələləri müzakirə olundu.
Yanğından mühafizə stansiyası ilə bağlı Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova deputat sorğusu göndərdim və eyni zamanda FHN Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi Hikmət müəllimlə telefon əlaqəsi yaratdım.
İnternet problemi ilə bağlı bundan əvvəlki paylaşımlarda məlumat vermişəm. Bu problemin həlli ilə bağlı tədbirlər görülməkdədir.
Axısxa kəndində 250 hektar ərazinin suvarma problemi ilə bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə deputat sorğusu göndərdim.
Növbəti mərhələdə ümumilikdə vətəndaşları narahat edən məsələlərlə bağlı deputat sorğusu göndəridiyim qurumlarla telefon əlaqəsi də yaradacam.