SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimi keçirildi
Bu gün Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimində iştirak etdim.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 1995-ci il Konstitusiyasında Ali Məhkəmənin də müstəsna yeri var. Belə ki, Konstitusiyamıza əsasən Ali Məhkəmənin də qanunvericilik təşəbbüsü hüququ var. Məhz buna görə də, son illər ölkəmizdə hüququn aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması və bu sahədə digər islahatların icrasında Ali Məhkəmənin fəal iştirakı olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ başlayıb. Son 3 il ərzində məhkəmələrə müraciət etmə imkanları daha da genişləndirilmiş, onların fəaliyyətində şəffaflıq artırılmış, məhkəmə icraatının səmərəliliyi yüksəldilmiş, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin edilmişdir.
Ali Məhkəmənin Milli Məclislə də səmərəli əməkdaşlığı var. Ali Məhkəmə qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək bir sıra qanun layihələrini də parlamentə təqdim edib və qəbul edilib. Eyni zamanda müxtəlif formatlarda məhkəmə-hüquq sistemində görülən işlər, problemlər və islahatların müzakirəsi zamanı Ali Məhkəmənin konstruktiv rolu təqdirəlayiqdir.
Hesab edirəm ki, bugünki Ali Məhkəmə son 100 ilin ən peşəkar, ədalətli və yüksək ictimai etimada malik məhkəməsidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini və işçilərini 100 illik yubiley münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayıram!
Oxşar xəbərlər
20.06.2024