MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin adının dəyişdirilərək "Qərbi Azərbaycan İcması" İctimai Birliyi olması qəbul edildi

18:30 03.08.2022



Bu gün “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağında təşkilatın adının dəyişdirilərək "Qərbi Azərbaycan İcması" İctimai Birliyi olması qəbul edildi.
Qərbi Azərbaycan İcmasının məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə bərpasıdır.
İcmanın digər məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınmasıdır.
Eyni zamanda icma deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması istiqamətində çalışacaq.