MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyası tərəfindən "Heydər Əliyev İli"nə həsr edilmiş tədbir keçirildi

12:17 06.12.2023



 
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyası tərəfindən "Heydər Əliyev İli"nə həsr edilmiş tədbir keçirildi.
 
Həmkarım Jalə Əhmədova ilə birlikdə tədbirdə iştirak edərək məruzə ilə çıxış etdik.
 
Çıxışımın mesajı ondan ibarət idi ki, Azərbaycanın rifahı həmişə Əliyev irsi ilə bağlı olub. Bu irs bizim bəxtimizdir, bu irs bizim milli sərvətimizdir. Bunu qorumaq isə əsl vətəndaşın öz canından artıqdır.
 
Necə ki, Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində Milli Qurtuluşdan Böyük Zəfərə, Naxçıvandan Şuşaya çatmışıq, məhz Heydər Əliyev irsi ilə yeni Azərbaycandan güclü Azərbaycana əmin addımlarla həmişə irəliləyəcəyik.  
 
Tədbirin yüksək səviyyədə təşkilinə və dəvətə görə Milli Qvardiyanın rəhbərliyinə təşəkkür edirik.