MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirildi

11:18 06.06.2023



 
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla birgə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşdük.
 
Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir V.Eyvazov qeyd etdi ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.
 
Bildirildi ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində görülən işlər sistemli şəkildə həyata keçirilir.