MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirildi

19:48 06.06.2023



 
Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovla birgə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşdük.
 
Görüşdə Avropa Şurası və Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluq ifadə edilərək bu əlaqələrin demokratiyanın inkişafına, qanunun aliliyinə xidmət etdiyi bildirilib, Avropa Şurası ilə birgə həyata keçirilən islahatlardan və layihələrdən bəhs olunub.
 
Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan kompleks qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumat verib, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə fəaliyyətini, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimini qeyd edib.
 
Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradıldığını və “Elektron məhkəmə” sisteminin tətbiqi üzrə işlərin artıq başa çatdırılaraq bu ərəfədə bütün ölkə üzrə tam əhatə olunduğunu vurğulayıb, bu sahədə ölkəmizin nailiyyətlərinin Dünya Bankı tərəfindən digər dövlətlərə tövsiyə edildiyini bildirib.