SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə birgə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə birgə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersenlə görüşdük.
Görüş zamanı S.Əliyeva Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. Ombudsman Konstitusiya Qanununda təsbit edilmiş mandatının mövcud müsbət beynəlxalq təcrübəyə uyğun olaraq genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif olunan əlavə və dəyişikliklərdən bəhs etdi.