SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Baroness Helena Kenedi ilə 10 il sonra təkrar görüş keçirildi
Baroness Helena Kenedi ilə 10 il bundan əvvəl Londonda Beynəlxalq Vəkillər Assosiyasının tədbirində tanış olmuşduq, müxtəlif mövzularla bağlı müzakirələr aparmışdıq.
Bu gün xoş bir təsadüflə Baroness Kenedi ilə yenidən görüşdük. AŞPA məruzəçisi kimi Londonda həyata keçirdiyim missiya çərçivəsində Böyük Britaniya Parlamentinin İnsan Hüquqları üzrə Komitəsi ilə görüşdə Lordlar Palatasının üzvü kimi xanım Kenedi də iştirak edirdi.
Böyük Britaniya Parlamentinin İnsan Hüquqları üzrə Komitəsi ilə müzakirəmiz ümumilikdə çox faydalı keçdi, qanun layihəsi ilə bağlı hazırladıqları hesabat isə yüksək səviyyədə idi.