SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizdəki səfiri Ferqus Auldla görüş keçirildi
Bu gün Azərbaycan - Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov və həmkarım Naqif Həmzəyevlə birlikdə Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizdəki səfiri Ferqus Auldla görüşdük.
Ona Ermənistan silahlı qüvvələrinin sentyabrın 12 - 14 sentyabr tarixlərində törətdiyi təxribat, AŞPA-dakı nümayəndə heyətinin qeyri-adekvat davranışı və sülh prosesini sabotaj etmək istəyən cəhdlər barədə geniş məlumat verdik.
İkitərəfli əməkdaşlıqla bağlı cənab səfirdən xahiş etdim ki, ölkəmizdə hüquq təhsilinin inkişafı ilə bağlı birgə fəaliyyət həyata keçirək, hüquqşunaslarımızın Böyük Britaniyanın hüquq təhsili sisteminə çıxışının asanlaşdırılması ilə bağlı layihə hazırlayaq.