SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Böyük Britaniyanın Ədliyyə üzrə Dövlət Katibliyinin Naziri, Lord Kristofer Bellemi ilə görüş keçirildi
Böyük Britaniyanın Ədliyyə üzrə Dövlət Katibliyinin Naziri, Lord Kristofer Bellemi ilə görüşdüm. Son iki gündə müxtəlif sektor və qurumlarla görüşümüzün əsas müzakirə mövzusu olan İnsan hüquqları haqqında yeni qanun layihəsi məhz Lord Bellemi tərəfindən Parlamentə təqdim edilib. Yeni qanun layihəsi ilə bağlı onun baxış bucağını və arqumentlərini öyrəndim.
Görüşün sonunda Lord Belemi həmkarım Fazil Mustafaya qarşı həyata keçirilmiş silahlı hücumdan məlumatı olduğunu, bu xəbərə görə çox məyus olduğunu və ona tezliklə sağalmasını arzu etdi.
Qeyd edim ki, Böyük Britaniyada keçirdiyim bütün görüşləri AŞPA-nın məruzəçisi mandatı çərçivəsindədir. Londona misiyamızın əsas məqsədi Böyük Britaniyanın insan hüquqları sahəsində həyata keçirdiyi islahatların beynəlxalq sənədlərə uyğunluğunu araşdırmaqdır.