MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Coca-Cola şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunkasiya xidmətinin rəhbəri Elşad Fərzəliyevlə Milli Məclisdə görüş keçirildi

15:45 23.09.2020



Əziz Sabirabadlılar,
Coca-Cola şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunkasiya xidmətinin rəhbəri Elşad Fərzəliyevi Milli Məclisə dəvət etdim. Məqsədim Sabirabad rayonun “Coca-Cola Fondu”nun dəstəyi ilə həyata keçirilən sosial sahibkarlıq layihələrinin əhatə dairəsinə daxil edilməsi idi.
Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, “Coca-Cola Fondu”nun dəstəyi və “Youth İnc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçiriləcək “Yeni Nəsil 2.0” layihəsi Sabirabad rayonunu da əhatə edəcək.
Sabirabad rayonun qeyd edilən layihənin əhatə dairəsinə daxil edilməsinə görə “Youth Inc.” Sahibkarlıq Proqramının həmtəsisçisi, həmkarım Şahin Seyidzadə və Elşad Fərzəliyevə xüsusi təşəkkür edirəm.
Layihə çərçivəsində yeni nəsil sahibkar gənclərin hazırlanması, xüsusilə də Sabirabad xanımlarının biznes sahəsindəki fəallığının artırılması və e-kommersiya sahəsinin inkişafı nəzərdə tutulur.
Layihə iştirakçılarına müxtəlif təlimlər keçiriləcək, Azərbaycanın tanınmış şirkətlərini təmsil edən mentorlar arasında fərdi seminarlar təşkil ediləcək, eyni zamanda gənc sahibkarlar öz biznes layihələrini təcrübəli biznes rəhbərləri qarşısında təqdim edib, layihələrinin maliyyələşmə imkanını əldə edəcəklər.