SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Dövlət İdarəçilik Akademiyasının Hüquq kitabxanasına ingilis və türk dillərində 82 hüquq ədəbiyyatı hədiyyə edildi
Bu gün bizim təşəbbüsümüz və BP Azərbaycan şirkətinin dəstəyi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kitabxanasına növbəti dəfə ingilis və türk dillərində 82 hüquq ədəbiyyatı hədiyyə edildi.
Hədiyyə edilən kitabların içində Hart, Kelsen, Kelly, Malkom Şounun kitabları, o cümlədən Harvard Universitetinin professoru Maykl Sendelin "Ədalət" kitabı və s. digər mühüm kitablar var.
Keçən dəfə isə rus dilində 62 hüquq ədəbiyyatı hədiyyə edilmişdi.
Gənclərə və hüquqşünas tələbələrə göstərdiyi dəstəyə görə BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə Vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə təşəkkür edirəm. Bu həqiqətən də əvəzsiz dəstəkdir. Tədbirdə ELSA Azərbaycanın İdarə Heyətinin yeni üzvləri də iştirak edirdi.
Qeyd edim ki, DİA-nın Hüquq kitabxanası bizim müraciətimiz əsasında Azərbaycan Resoublikasının Vəkillər Kollegiyası və "Black Garden" konsultasiya şirkətinin dəstəyi ilə yaradılıb.
@azerbaijanibarassociation