SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ilə görüş keçirildi
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin dəvəti ilə həmkarlarım Jalə Əliyeva, Razi Nurullayev, Erkin Qədirli, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev, Könül Nurullayeva, Jalə Əhmədova, Şahin Seyidzadənin iştirakı ilə görüşümüz oldu.
İlkin olaraq bu təşəbbüsə görə Mustafa Abbasbəyliyə təşəkkür edirəm. Bizlərin dəvət edilməsinin əsas səbəblərindən biri də həmin quruma ən çox müraciət göndərən deputatlardan olmağımızdır.
Görüşdə hər birimiz seçicilərimizi məşğulluqla bağlı narahat edən bütün məsələləri tam açıq formada müzakirə etdik. Bəzi suallara cavab aldıq və eyni zamanda təkliflərimizi də verdik.
Bildiyiniz kimi, vətəndaşları ən çox narahat edən məsələ regionlardakı “DOST” MMC-nin fəaliyyəti və özünəməşğulluq proqramı ilə bağlıdır.
Birincisi “DOST” MMC tərəfindən təklif edilən işlər müvəqqəti işlərdir. Bu qurumun fəaliyyəti ilə bağlı narazılığın əsas səbəbi də tələbin təklifdən dəfələrlə çox olması ilə bağlıdır. Misal üçün 2020-ci il statistikasına əsasən Sabirabadda 5773 işsiz olub. “DOST” MMC-də isə vakansiyaların sayı 700 nəfərdir. Bu o deməkdir ki, 2020-ci ildə bu qurumun fəaliyyəti ilə bağlı potensial 5 min nəfər şikayətçi var.
Şəxsi fikrim ondan ibarətdir ki, rayonda yeni və böyük sənayə müəssisələri tikilməlidir, sahibkarlar yeni iş yerləri yaratmalıdır. Dövlət qurumları da bu prosesə tam dəstək verməlidir. Çünki Məşğulluq Agentliyi iş yeri yaratmır, onun əsas vəzifəsi mövcud əmək bazarını tənzimləməkdir. Məqsədimiz yeni iş yerlərinin yaradılmasına nail olmaqdır. Bu istiqmətdə sahibkarlarla görüşlər keçirəcəyəm və rayona investisiya qoyulması istiqamətində fəaliyyətə başlayacağam.
Eyni zamanda müşahidəm onu göstərdi ki, hazırda Məşğulluq Agentliyinin kifayət qədər peşəkar kadr bazası var. Qurumda islahatlar başlayıb, bir neçə uzun və orta müddətli layihələrinin icrası üzərində çalışırlar. Belə ki, ölkə üzrə bütün vakansiyaların “Məşğulluq” altsistemində toplanıb, işəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilib, işsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşıb.
Hazırda agentlik tərəfindən ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, e-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə də işlər aparılır.