SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişovla görüş keçirildi
Bir qrup həmkarımla Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişovla görüşdük.
Görüşdə ünvanlı sosial yardımların müəyyən edilməsi zamanı təcrübədə qarşılaşdığımız çətinliklər və problemlər barədə müzakirələr apardıq. DSMF-nin fəaliyyəti ilə bağlı geniş məlumat və suallarımıza cavablar aldıq.
Himalay müəllimlə razılaşdıq ki, növbəti dəfə rayona səfər zamanı sosial yardımın müəyyən edilməsi zamanı özüm də evə baxış prosesində iştirak edəcəm. Eyni zamanda Sabirabadda bu məsələ ilə bağlı vətəndaşlara yardım göstərmək üçün layihənin hazırlanması üçün bəzi sosial yönümlü QHT-lərlə müzakirələr aparacağam.
Ümumilikdə bu cür görüşlər qanunverici və icra hakimiyyəti arasında əlaqələrin güclənməsinə və vətəndaşların mənafeyi naminə effektiv məlumat mübadiləsi imkanı yaradır.
DSMF-nin fəaliyyəti ilə bağlı onu qeyd etməliyəm ki, sosial yardımların müəyyən edilməsi zamanı korrupsiyanın qarşısının alınması, prosesdə şəffaflığın gücləndirilməsi qurumun əsas fəaliyyət prinsipləridir. Himalay müəllimə də səmimi görüş üçün təşəkkür edirik.