SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
DünyaGöz xəstəxanası 2-ci Qarabağ müharibəsi şəhidi Babəkin atası Oktay müəllimin gözlərini müayinə etdi
DünyaGöz xəstəxanası 2-ci Qarabağ müharibəsi şəhidi Babəkin atası Oktay əminin gözlərini müayinə etdi. Müəyyən edildi ki, Oktay əminin sağ gözü ümumiyyətlə görmür, göz sinirləri tamamilə məhv olub. Yəni sağ göz üçün əməliyyat imkanı yoxdur. Sol gözü üçün isə müalicə və eynək tövsiyə edildi və dərhal təmin etdik. DünyaGöz xəstəxanasının həkimi Dr.Kənan Yıldırım bildirdi ki, sol gözdə kataraktın başlanğıc əlamələtləri var, 3 aydan sonra bir daha yoxlanışlar ediləcək və zərurət olarsa sol göz əməliyyat ediləcək.
Şəhid ailələrinə və sosial həssas qrupa aid olan şəxslərə göstərdikləri qayğı üçün bir dünya markası olan DünyaGöz xəstəxanasına təşəkkür edirəm.