SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
DünyaGöz Xəstəxanası tərəfindən Sabirabad rayonunda pulsuz səyyar göz müayinəsi keçirildi
Dünən dünyanın göz xəstəlikləri sahəsində öncül qurumlarından biri olan "Dünyagöz" Bakı Xəstəxanasının dəstəyi ilə Sabirabad şəhərində səyyar göz müayinəsi keçirildi. Həkimlərimiz Operator doktor Kenan Yıldırım və doktor Nərgiz Bədəlova səhər saat 9.30-dan axşam saat 8.30-a qədər fasiləsiz işlədilər. Ümumi 125 nəfər müayinədən keçdi, 30 insan üçün əməliyyat tələbi müəyyən edildi. Yaxın zamanlarda 2 əməliyyat "Dünyagöz" Bakı Xəstəxanası tərəfindən, digər 28 əməliyyat isə “Düşünən Azərbaycan Gənci –DAĞ” layihəsi çərçivəsində pulsuz həyata keçiriləcək.
Bu cür dəstəyə görə də "Dünyagöz" Bakı Xəstəxanasının direktoru Esmira xanıma, bütün təşkilatı məsələlərə görə Burak beyə, eyni zamanda Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının əməkdaşlarına təşəkkür edirəm.