MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

DünyaGöz xəstəxanasının dəstəyi ilə Sabirabadlı qazi Azər Fərəcovun gözünün görmə faizini 5%-dən 100%-ə qaldırıldı

19:03 16.12.2022



Əziz Sabirabadlılar, DünyaGöz xəstəxanasının dəstəyi ilə Sabirabadlı qazi qardaşımız Azər Fərəcovun gözünün görmə faizini 5%-dən 100%-ə qaldırıldı.
Müayinə zamanı Azər Fərəcov sağ göz miyop 4.25, astigmat 3.50, sol göz miyop 5.50, astigmat 3.25, görmə zəifliyi ilə 5% görmə nəticəsi aşkar edilib. İlkin mərhələdə hər iki göz üçün dibin bərkidilməsi əməliyyatı həyata keçirilib. Növbəti mərhələdə isə 15 gün sonra Dr. Haluk Talu tərəfindən lazer əməliyyatı olunub. Əməliyyat sonrası Azər Fərəcov 100 % görmə ilə eynəkdən azad edilib.
Bu cür nəcib və mühüm dəstəyə görə DünyaGöz xəstəxanasının müdiri Esmira xanıma, həkimlərimiz Benjamin və Haluk beye minnətdarlığımı çatdırmaq istəyirəm. Bütün bu müddət ərzində daim yanımızda olan və bütün təşkilati məsələlərə verdiyi dəstəyə görə Burak abiyə xüsusi təşəkkürlər.