SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Dünyanın top 10 xəstəxanasından biri olan İsrailin “Sheba” tibb mərkəzi ilə posttravmatik stress pozuntusu sahəsində müzakirələr aparıldı
Dünyanın top 10 xəstəxanasından biri olan İsrailin “Sheba” tibb mərkəzi ilə posttravmatik stress pozuntusu sahəsində müzakirələr apardıq. Müzakirələrin əsas mövzusu 2-ci Qarabağ müharibəsində travma alan əsgərlər və onların ailələrinə dəstəyin göstərilməsidir.
Bunun üçün “Sheba” tibb mərkəzinin peşəkarları tərəfindən azərbaycanlı həkimlərə ixtisasartırma kurslarının keçirilməsi və təcrübə mübadiləsinin təşkili nəzərdə tutulur. Bununla əlaqədar olaraq ehtiyacların müəyyənləşdirilməsi və ona uyğun təlim proqramının hazırlanması üzrə layihə hazırlanacaq.
“Sheba” tibb mərkəzinin rəhbərliyi bu məsələdə Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduqlarını qeyd etdi.
Tədbirdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu sahədə əməkdaşlığın həm tibb personalının inkişafı həm də şəhid ailələri və qazilərə daha yaxşı xidmətin göstərilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı.
Tədbirin təşkil üçün Vüqar Məmmədova xüsusi təşəkkür edirik.