MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnamə ilə bağlı əsas məqamlar

10:20 28.09.2021



Dünən Anım günündə AŞPA-da qəbul edilən “Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnamə ilə bağlı əsas məqamlar:
AŞPA-nın bundan əvvəlki sənədləri ilə müqayisədə ilk dəfə olaraq 1-ci Qarabağ müharibəsində Azərbaycan tərəfindən itkin düşmüş şəxslərin dəqiq sayı göstərilir.
AŞPA-da müəyyən qüvvələr 3 tərəfli bəyanata qısqanclıqla yanaşırdı, hansısa formada ATƏT Minsk qrupunu diriltməyə çalışırdılar. Lakin, qətnamədə 3 tərəfli bəyanat birbaşa istinad var, eyni zamanda bu bəyanatın münaqişənin humanitar nəticələri ilə yanaşı digər məsələri də ehtiva etdiyi göstərilir.
30 illik sülh danışıqlarının nəticəsiz olduğunu və müharibənin baş verdiyi qeyd edilir.
Qətnamədə xüsusilə münaqişə zonasından kənar yerlərə (Gəncə və Bərdə) edilən hücumlar nəticəsində Azərbaycan tərəfindən 548 mülki şəxsin həlak olması qeyd edilir.
Ermənistan tərəfindən basdırılmış minalar nəticəsində 158 Azərbaycanlının həlak olması, təqdim edilən mina xəritələrinin dəqiq olmaması və Ermənistandan bütün mina xəritələrinin dərhal verməsi qeyd edilir.
1-ci Qarabağ müharibəsində 650 min Azərbaycanlının, 2-ci Qarabağ müharibəsində isə Azərbaycan tərəfindən 86 min şəxsin məcburi köçkün düşməsi qeyd edilir.
Ağdam və Fizuli şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdılması və məhv olunması göstərilir.
Azərbaycanda ağıllı şəhər layihələrin icrası müsbət qarşılanır.
Buna baxmayaraq, Türkiyə nümayəndə heyəti ilə birgə formada qətnamənin əleyhinə səs verdik, çünki qətnamədə əsassız iddialar da var.