SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Həmkarım Soltan Məmmədovla birlikdə Təhsil Naziri Emin Əmrullayevlə görüş keçirildi
Həmkarım Soltan Məmmədovla Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevlə görüşümüz oldu. Görüşdə təmsil etdiyimiz seçki dairələri - Sabirabad və Xəzər rayonlarından olan şəhid ailələrinin qaldırdıqları məsələlərin həlli, eyni zamanda qeyd edilən rayonların təhsil səviyyəsi, mövcud problemlər, o cümlədən infrastruktur problemləri və gələcək perspektivləri barədə 2 saatdan çox müzakirə apardıq. Nəticədə bir sıra maraqlı və çox faydalı layihə ideyaları müəyyən etdik. Tezliklə bütün layihələr barədə geniş məlumatları təqdim edəcəyik.
Eyni zamanda “Düşünən Azərbaycan Gənci” (DAG) platformasının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi “DAG” platforması çərçivəsində hazırda Sabirabad rayonundan 12 şagird pulsuz olaraq ali təhsil müəssisələrinin qəbul imtahanlarına hazırlaşırlar. Layihənin coğrafiyasının genişləndirilməsi, yəni digər rayonları da əhatə etməsi məsələsi növbəti hədəfimizdir.
Görüşə və proaktiv dəstəyə görə Emin müəllimə çox təşəkkür edirik. İnanırıq ki, ölkəmizdə təhsilin səviyyəsi daha da inkişaf edəcək. Biz də, Milli Məclisin deputatları olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin bütün təşəbbüslərinə tam dəstək verməyə hazırıq.