SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Hüquqşunas Ərşad Hüseynov və avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı ilə Milli Məclisdə görüş keçirildi
Virtual və tele diskusiyalardan sonra bu gün yol hərəkəti qaydaları sahəsinin eksperti, hüquqşunas Ərşad Hüseynov və avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı ilə Milli Məclisdə görüşümüz oldu.
Yol hərəkəti qaydaları ilə bir sıra ictimai maraq doğuran və sürücüləri narahat edən məsələləri müzakir etdik. Misal üçün ayıq sürücü ilə evə gedən şəxsin nəqliyyat vasitəsi qəza etsə, sığorta həmin avtomobilə tətbiq edilirmi? Və ya nəqliyyat vasitəsini idarə etmək və istifadə hüquqları arasındakı fərqlər və istifadə hüququnun İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi zərurəti barədə danışdıq.
Növbəti mərhələdə bu problemləri ətraflı araşdırıb, müvafiq təkliflər hazırlayacağıq.
Dəvətimi qəbul edib gəldikləri üçün Ərşad müəllim və Elməddin müəllimə təşəkkür edirəm.