SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
İltifat Əhmədov adına Balakənd kənd ümumi orta məktəbdə görüş keçirildi
Əziz Sabirabadlılar,
Bildiyiniz kimi, şəhid Əhmədov İltifat Səmidağa oğlu 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşdə həlak olmuş, Balakənd qəbristanlığında dəfn edilərək ona qəbirüstü abidə ucadılmışdır. Eyni zamanda onun adı Balakənd kənd ümumi orta məktəbinə verilməklə xatirəsi əbədiləşdirilmişdir.
Qalaqayın kəndin ağsaqqalı Mirtağı Həsənov müraciət edərək həmin məktəbin həyətində şəhidin büstünün qoyulmasını kənd camaatın adından xahiş etmişdir. Bu barədə Sabirabad rayon icra hakimiyyətinə müraciət etdim və nəticədə büstün qoyulması məsələsini Qalaqayın bələdiyyəsinə tövsiyə edildi.
Bununla əlaqədar olaraq, Qalaqayın kəndin ağsaqqalı Mirtağı Həsənov, Qalaqayın bələdiyyəsinin sədri Valid Hüseynov və icra nümayəndəsi İsrəfil Əslanovla birgə Balakənd kənd ümumi orta məktəbinə baş çəkdik. Məktəbin ümumi vəziyyəti ilə yerində tanış oldum.
İlkin olaraq qeyd edim ki, şəhidimizin adını daşıyan məktəbin sanitar qovşaqları bərbad gündədir. Qaz xətti məktəbin həyətində olsa da, məktəbin istilik sistemi yoxdur. Su çəni də yox idi. Dərhal dairəmdə olan 26 məktəbin vəziyyətini 3 kateqoriya üzrə araşdırdım. Bütün problemləri qeyd etdim. Bu gün həmin məlumatları Təhsil Nazirliyinə şəxsən təqdim etdim. Ümid edirəm ki, bu problemlər qısa zamanda öz həllini tapar.
Digər əsas məsələ isə şəhidimiz İltifat Əhmədovun xatirəsinin əbədiləşdirilməsi məsələsi ilə bağlı atası Səmidağa müəllimlə də görüşdüm. Ona söz verdik ki, şəhidimizin doğum gününə yəni 5 noyabra qədər onun büstü hazır olacaq. Eyni zamanda sanitar qovşaqlar da tam təmir ediləcək.
Əziz Sabirabadlılar, dairəmdə olan bütün məktəblərin vəziyyəti və Sizləri narahat edən problemlərlə bağlı tam məlumatlıyam. 5 il ərzində çalışacam ki, bütün problemlərin həllinə nail olaq.