SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirildi
Dünən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.
Komissiyanın qərarı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi üzrə Milli Kordinator Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Milli Məclisin deputatı Kamal Cəfərov seçilib.
Komissiyanın digər qərarı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Ramin Vəlizadə Komissiyanın yeni katibi təyin edilib. Ramin Bakı Dövlət Universiteti və Corc Vaşinqton Universitetində təhsil alıb, həmişə peşəkar fəaliyyəti, bilik və bacarığı seçilib. Raminə də yeni fəaliyyətində uğurlar arzu edirəm.