SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Mədəniyyət Naziri Anar Kərimovla birgə 120 yaşlı "Köhnə Hamam"ın cari vəziyyəti ilə tanış olduq
Əziz Sabirabadlılar, bu gün mənim dəvətimlə Mədəniyyət Naziri Anar müəllimlə birgə 120 yaşlı "Köhnə Hamam"ın cari vəziyyəti ilə tanış olduq. Bir əsrdən çox yaşı olan "Köhnə Hamam" Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyət daşıyan tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. 100 ilə yaxın müddətə "Köhnə Hamamı" idarəetməsini həyata keçirən Tağıyevlər nəslinin nümayəndəsi Mirismayıl Tağıyevi də dəvət etdim və o, da hamamın tarixi ilə bağlı geniş məlumat verdi.
Bizə bildirildi ki, tarixi abidənin bərpası məsələsi 2023-cü ilin investisiya planına daxil edilib.
Çevik reaksiya və dəstək üçün Mədəniyyət Naziri Anar müəllimə xüsusi təşəkkür edirəm.
"Köhnə Hamam"ın cari vəziyyətini ictimai nəzarət qaydasında daim nəzarətdə saxladığı üçün Mirismayıla da təşəkkür edirəm.