MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

09:34 07.01.2024



 
Dünən Yeni Azərbaycan Partiyasının MSK-də məşvərətçi səs hüquqlu üzvü kimi ilk iclasında iştirak etdim.
 
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il yanvarın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 30 dekabr və 31 dekabr 2023-cü ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
 
Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Nurullayevin namizədliyinin qeydə alınmasına qərar verildi.
 
Beynəlxalq müşahidə missiyası təmsilçisi, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media qurumları nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.