SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Milli Məclisin deputat köməkçiləri üçün etik davranış qaydaları və izahedici təlimat hazırlanacaq
Avropa İttifaqı və Avropa Şurası tərəfindən icra ediləcək "Yaxşı idarəçiliik üzrə Tərəfdaşlıq" proqramının 3-cü mərhələsinin açılışında çıxış etdim. Bu proqram çərçivəsində bizim təşəbbüsümüzlə Milli Məclisin deputat köməkçiləri üçün etik davranış qaydaları və izahedici təlimatın hazırlanması nəzərdə tutulur.
Bildiyiniz kimi, deputat köməkçiləri seçicilərlə ilkin təması həyata keçirir. Bu mərhələdə şikayətin məzmunundan və deputat səlahiyyətlərindın asılı olmayaraq, deputat köməkçiləri istənilən sual və situasiyaya hazır olmalı, beynəlxalq təcrübəni də öyrənməlidirlər. Hesab edirəm ki, bu layihə deputat köməkçiləri üçün çox faydalı olacaq, onlar öz bilik və bacarıqlarını artıracaqlar.