SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Musulmans en France” xəbər portalının nümayəndə heyəti ilə görüş
Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə birlikdə Fransanın “Musulmans en France” xəbər portalının nümayəndə heyəti ilə görüşdük.
Həmkarım Soltan 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Fransada Azərbaycana qarşı aparılan bədxah kampaniyadan, qərəzli qətnamələrdən, ədalətsiz hücumlardan, beynəlxalq hüquqa zidd bəyanatlardan təəssüflə söz açdı. O, bu hərəkətlərin Cənubi Qafqazda dayanıqlı sülhə və əmin-amanlığa zərbə vurduğunu qeyd etdi.
Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun öz növbəsində bəzi siyasətçilərin və parlamentarilərin məlum mövqeyinin bütün Fransaya aid olmadığını vurğulayıb. Qonaq media məkanında informasiya müharibəsinin indi də davam etdiyini bildirərək Azərbaycanla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə daha keyfiyyətli və müntəzəm çatdırılmasının əhəmiyyətindən söz açıb.