SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev ilə görüş keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyevlə kifayət qədər səmərəli görüşümüz oldu. Bildirdim ki, 63 saylı seçki dairəsində 12 kəndin nə internet, nə də telefon xətti var. Rəşad müəllim yerindəcə müvafiq tapşırıqlar verdi və 2022-ci il yanvar ayına qədər Kovlar, Yenikənd, Quruzma, Qəzli və Qaraqaşlı kəndlərinə həm internet, həm də telefon xətti çəkiləcək.
Rəşad müəllim həmçinin bildirdi ki, Azərbaycanda kəndlərin internet problemindən tam məlumatlıdır, qarşısındakı siyahıda rayonlar üzrə internet olmayan kəndlərin siyahısı və təsərrüfat sayı var idi. Hədəflərinin 3 il ərzində bütün kəndlərə internet çəkilməsinin olduğunu qeyd etdi. Misal üçün planlarına əsasən 2022-ci ildə Sabirabadda 24 kəndə internet xəttinin çəkilməsi üçün müvafiq layihələndirmə işləri icra edilərək müvafiq tikinti işləri həyata keçiriləcək.
Görüşdən ümumi təəsüratım ondan ibarətdir ki, yeni nazir çox peşəkar və təvazökar şəxsdir, onun rəhbərliyi nəticəsində nəqliyyat və rabitə işində əsaslı dəyişikliklərin şahidi olacağıq. Rəşad müəllimə fəaliyyətində uğurlar arzu edirəm.