MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi naziri Ramin Quluzadə ilə görüş keçirildi

10:00 21.09.2020



Əziz Sabirabadlılar,
Sabirabad rayonun bəzi kəndlərinin internet və telefon xətlərinin çəkilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi naziri Ramin Quluzadə ilə görüşümüz oldu. Görüşdə rabitə və yüksək texnologiyalar sahəsində həyata keçirilən islahatlar və təmsil etdiyim Sabirabad rayonun telekommunikasiya problemləri barədə məlumat verdim.
2020-ci ilin 1-ci yarısında Sabirabad rayonunda 235 yeni telefon, 463 yeni internet abunəçisinin şəbəkəyə qoşulması təmin edilib. Eyni zamanda Sabirabad rayonunun Kürkəndi, Suqovuşan, Yastıqobu, Əsədli və Axısxa kəndlərində yaşayan əhali qismən telekommunikasiya xidmətləri təmin olunub.
Görüş zamanı Ramin müəllimdən Qəzli, Yenikənd, Qaraqaşlı, Balvar, Qəfərli, Qaralı, Kovlar kəndləri üzrə həm internet, həm də telefon xətlərinin, Qalaqayın, Kürkəndi, Suqovşan, Yastıqobu, Əsədli, Axısxa kəndləri üzrə isə internet xətlərinin çəkilməsinə köməklik göstərməsini xahiş etdim. Bildirdi ki, bu məsələlər “Aztelekom” MMC-nin maliyyə imkanları daxilində mərhələlərlə öz həllini tezliklə tapacaq.
Ramin müəllimə görüş və səmimi müzakirə üçün təşəkkür edirəm.